Karpal tunel
Bilək nahiyəsində, içində barmaq vətərləri və orta sinir olan anatomik qurum
Etimologiya
Carpus latınca “bilək” deməkdir.
Sinonimlər:
karpal kanal
Başqa
dillərdə: canalis carpi (L), carpal tunnel (EN), karpal tünel (TT), канал запястья
(RU), der Karpaltunnel(DE)
Anatomiya
Karpal tunel altqoldan ələ doğru fleksor vətərlərinin
və orta sinirin keçidini təmin edir. Dorsal divarını bilək sümükləri və bunları
səthən bərkidən ligamentum carpi radiatum adlı bağ təşkil edir. Palmar səddi
isə retinaculum flexorum-dur. Karpal kanaldan 10 vacib qurum keçir:
·
Musculus flexor digitorum superficialis
(barmaqları bükən səthi əzələ) - 4 vətər
·
Musculus flexor digitorum profundus
(barmaqları bükən dərin əzələ) – 4 vətər
·
Musculus flexor pollicis longus (baş
barmağı bükən uzun əzələ)
·
Nervus medianus (orta
sinir)
Vətərlər şəhadət, orta, üzük və çeçələ barmağın bükülməsini təmin edir.
Şəkil 1: Karpal tunelin aksial görünüşü.
Funksiya
Retinaculum
flexorum və
ya ligamentum carpi transversum bükən əzələlərin vətərlərini bilək
sümüklərinə yaxın tutur və bununla qüvvənin təsirli istifadəsinə xidmət edir.
Kliniki dəyər
- Karpal tunel sindromu. Kəskin və ya xroniki patoloji proses nəticəsində karpal tuneldə təzyiqin artması orta sinirin sıxılmasına gətirir. Kompression nevropatiyalar arasında ən yayılmışıdır.
- Said və bilək sümüklərinə cərrahi əlçatım. Bu sümüklərə palmar tərəfdən aparan yol karpal tuneldən keçir.
- Schmidt HM, Lanz U. Chirurgische Anatomie der Hand. 2nd ed. Thieme; 2003.
- Gray H. Anatomy: Descriptive and Surgical. John W. Parker and Son; 1858.
36 baxış, 2 bəyənmə 15-06-2024