Tibbia saytının məxfilik siyasəti

Şəxsi məlumatlarınızın qorunmasına böyük əhəmiyyət veririk. Bu məxfilik siyasəti, məlumatlarınızın necə toplandığını, istifadə olunduğunu və qorunduğunu izah edir.

Adınız, e-poçt ünvanınız, iş yeriniz, telefon nömrəniz və sair kimi şəxsi məlumatlar yalnız sizin razılığınızla toplanır və istifadə olunur. Bu məlumatlar, tibbi və biomedikal mövzularda məlumat almaq və məlumat paylaşmaq məqsədi ilə istifadə olunur. Sizin məlumatlarınızı həmişə gizli saxlayırıq və üçüncü tərəflərlə paylaşmırıq. Paylaşılan şəxsi məlumatlar müvafiq qanunvericiliklə uyğun olmalıdır və digər istifadəçilərin hüquqlarını pozmamalıdır, eləcə də təhlükəsizlik prinsiplərinə riayət etməlidir. Bununla belə, sizə verilən hüquqlar çərçivəsində, paylaşdığınız məlumatları dəyişdirmək və ya silmək imkanınız var. Bunun üçün, profilinizdə yaradılmış imkanlara əlavə olaraq, support@tibbia.org emailinə müraciət edə bilərsiniz. Hesab məlumatlarınızı silmək üçün support@tibbia.org emailinə müraciət etmılisiniz və 2 həftə ərzinfə sizə aid olan şəxsi məlumatlar silinəcək. Nəzərinizə çatdırırıq ki, yazılan məqalələr, məqalə bölmələri, rəsmlər və sair məlumat ümumi bilik və saytımızdan asılı olmayan informasiya kimi dəyərləndirilir və saytın mülkiyyəti hesab olunur. Saytda dərc edilmiş heç bir məlumat, paylaşan şəxsin intellektual və ya yaradıcı mülkiyyəti hesab olunmur. Yazılmış məqalələr digər istifadəçi tərəfindən mühim dərəcədə dəyişdirilə, yenilənə və ya tamamlana bilər. Bu halda, saytın heyəti tərəfindən məqalənin müəllifi dəyişdirilə bilər. Belə olduğu təqdirdə, əvvəlki müəllif məlumatlandırılacaq, lakin belə hal intellektual və ya yaradıcı mülkiyyət hüququnun pozulması kimi dəyərləndirilə bilməz. Bu məxfilik siyasətində sadalanan qaydalar dəyişə və ya tamamlana və zamanın tələblərinə uyğun olaraq yenilənə bilər. Yeniliklər haqda məlumatlanmağı tövsiyyə edirik.

Bu məxfilik siyasəti və ya bizim tibbi məsləhətlər və dərman dozaları ilə bağlı əlavə sual və ya iradınız varsa, zəhmət olmasa bizimlə “əlaqə” bölməsində verilmiş vasitələrlə əlaqə saxlayın.

Bizim saytdan istifadə etməklə, bu məxfilik siyasəti ilə razılaşırsınız.

Son yeniləmə tarixi: 10.06.2024
Hörmətlə, Tibbia saytının heyəti