Tibbia saytından istifadə şərtləri

Saytımızın istifadə şərtləri və qaydaları ilə buradan tanış ola bilərsiniz.

Tibbi Məsləhətlər

Saytımızın məqsədi peşəkar və qeyri-peşəkar oxucular üçün etibarlı bilik mənbəyi olmaqdır. Bu məqsədlə paylaşılan məlumatlar saytı idarə edən mütəxəssislər tərəfindən diqqətlə yoxlanılır. Bununla belə, səhv məlumatların dərci 100% əminliklə istisna olunmur. Saytımızdakı məlumatlar əsasında özünümüalicə cəhdlərinin əleyhinə çağırırıq və istənilən diaqnostika və müalicənin həmişə həkim nəzarətində aparılmasını tövsiyyə edirik. Həkim və ya əczaçının dedikləri və ya yazdıqları ilə saytımızdakı məlumatlar fərqlənərsə, birincisi üstün tutulmalıdır. Təcili hallarda yubanmadan təcili yardım xidmətinə müraciət olunmalıdır. Həm subyektiv olan sağlamlığa dəymiş zərər iddialarında, həm də hüquqi həkim səhvi aktlar mövcud olduqda nə saytın heyəti, nə də saytın istifadəçiləri məsuliyyət daşımır.

Dərman Dozaları

Bu saytda verilən dərman dozaları ümumi məlumatlandırma məqsədi daşıyır. İstənilən preparatın istifadəsindən öncə doza, müalicə müddəti və qəbul üsulu haqqında məlumat həkiminizdən, əczaçıdan və istifadə təlimatından alınmalıdır.

Reklam

Saytımızda reklam xarakterli məlumatlar yer ala bilər. Saytın hər hansısa qismi sponsorluq nəticəsində ərsəyə gələrsə, şəffaflıq naminə bu haqda oxucu üçün aydın şəkildə məlumat veriləcək.

Əlavə Suallar

Bu istifadə şərtləri və ya bizim tibbi məsləhətlər və dərman dozaları ilə bağlı əlavə sual və ya iradınız varsa, zəhmət olmasa bizimlə “əlaqə” bölməsində verilmiş vasitələrlə əlaqə saxlayın.

Bizim saytdan istifadə etməklə, bu istifadə şərtləri ilə razılaşırsınız.

Son yeniləmə tarixi: 10.06.2024
Hörmətlə, Tibbia saytının heyəti