Suallar

Bəli, istənilən şəxs müəllif qeydiyyatından keçdikdən və profilini tamamlayandan sonra məqalə yaza bilər. Lakin, dərc olunmaqdan əvvəl bütün məqalələr və istinadlar sayt heyəti tərəfindən yoxlanılacaq.

Tibbianı Vikipediyadan fərqləndirən üstün cəhətləri bunlardır: 1. Tibbə və biomedikal mövzulara istiqamətlənib. 2. Hər məqalə aktual, doğru və standart şəkildə yazılır. 3. Müəlliflərin şəxsiyyəti hamıya bəllidir. 4. Məqalələr ancaq sayt heyəti tərəfindən yoxlanıb redaktə olunandan sonra dərc olunur. 5. Mətn redaktoru istifadədə asandır - bu, daha çox mütəxəssisi məqalə yazmağa həvəsləndirir.

Saytımız ensiklopedik lüğət şəklindədir. Biomedikal mövzuda hər hansı bir anlayışın təsvirini yaza bilərsiniz. Məlumat ən yeni elmi biliklərə əsaslanmalıdır və şəxsi fikir xarakterli ola bilməz.

Mənbələr etibarlı olmalıdır. Hər məqaləyə 2-5 istinad qoşmağınız tövsiyyə olunur. PubMed kimi resurslardakı elmi məqalələr və rəsmi orqanlara bağlı internet səhifələri, eləcə də ixtisaslaşmış kitablar etibarlı mənbə hesab olunur. Vikipediya və jurnalist məqalələri birincili mənbə olmadığından istinad kimi yaramır.

Bəli, süni intellekt dəyərli alətdir və ondan şüurlu şəkildə istifadə etməyi dəstəkləyirik. Xüsusən xarici dildə olan məlumatları tərcümə etməkdə və mətnə struktur verməkdə xeyirli ola bilər. Bununla belə, dərc üçün göndərilməkdən əvvəl mətnin oxunaqlığını diqqətlə yoxlamağınız xahiş olunur.