Periferik arteriya xəstəliyinin təsnifat sistemləri
Fontaine, Rutherford və WIfI təsnifatları
Tərif
Periferik arteriya xəstəliyinin ağırlığını müəyyən etmək və düzgün müalicə qərarı vermək üçün bir çox təsnifat sistemləri mövcuddur. Bunlardan üçü klinikada ən geniş işlənənlərdir. Fontaine təsnifatı daha çox almandilli ölkələrdə, Rutherford təsnifatı isə ingilisdilli ölkələrdə yayılıb. Bu iki sistem xəstəliyi kliniki simptomlardan trofik xoraya qədər xarakterizə edir; WIfI sistemi ilə isə amputasiya riski qiymətləndirilir.
1. Fontaine təsnifatı
Bu sistem xəstəliyin klinik mərhələlərini müəyyən edir.
- I mərhələ: simptomsuz (damar daralması var, amma klinik əlamət yoxdur)
- II mərhələ: klaudikasiya (yerimədə ağrı)
- IIa: yüngül klaudikasiya (>200 metr məsafə)
- IIb: ağır klaudikasiya (<200 metr məsafə)
- III mərhələ: istirahət zamanı ağrı
- IV mərhələ: trofik xoralar və nekroz (kritik ayaq işemiyası)
2. Rutherford təsnifatı
Bu sistem daha ətraflı mərhələləndirmə təmin edir:
- Mərhələ 0: simptomsuz
- Mərhələ 1: yüngül klaudikasiya
- Mərhələ 2: orta dərəcəli klaudikasiya
- Mərhələ 3: ağır klaudikasiya
- Mərhələ 4: sakitlik zamanı ağrı
- Mərhələ 5: kiçik trofik xoralar
- Mərhələ 6: geniş xoralar və qanqrena
3. WIfI təsnifatı (Wound, Ischemia, Foot Infection)
Bu sistem xüsusilə kritik ayaq işemiyası olan xəstələr üçün istifadə olunur.
- Yara (wound): yaranın ölçüsü və dərinliyi
- İşemiya (ischemia): topuq-bazu indeksi (ingiliscə Ankle-Brachial Index, ABI) və ya transkutan oksigen səviyyəsi
- Ayaq infeksiyası (foot infection): infeksiyanın mövcudluğu və ağırlıq dərəcəsi
- S3-Leitlinie zur Diagnostik, Therapie und Nachsorge der peripheren arteriellen Verschlusskrankheit (AWMF, 2024)
- Rutherford RB, et al. Vascular Surgery. W.B. Saunders, 1997
5 baxış, 0 bəyənmə 05-05-2025