Nekroz
Hüceyrələrin və toxumanın ölümü
Etimologiya
Yunanca νέκρωσης (nékrōsis) "ölüm" sözündən gəlir.
Hörümçək sancması nəticəsində baldırda yaranmış nekroz.
Nekroz, hüceyrələrin ölümüdür və bir çox səbəblərdən baş verə bilər. Bu proses, hüceyrənin enerji istehsalı üçün lazım olan oksigenin və ya qida maddələrinin olmamasından yaranır. İnfeksiya, temperatur, kimyəvi maddələr, şüalanma, travma və qan dövranının pozulması nəticəsində baş verə bilər.
Təsnifat
- Koaqulativ nekroz
- Qanqrenoz nekroz
- Kollikvativ nekroz
- Kazeoz nekroz
- Piy nekrozu
- Fibrinoid nekroz
Diaqnoz
Nekrozu diaqnoz etmək üçün klinik müayinə, görüntüləmə üsulları (məsələn, MRT) və laboratoriya testlərindən istifadə olunur. Histoloji müayinə diaqnozu təsdiqləyə bilər, xüsusən cərrahi müdaxilələr zamanı.
Müalicə
Müalicə nekrozun səbəbindən asılıdır. Əsas müalicə üsulları nekrotik toxumaların cərrahi çıxarılması, infeksiya riski və ya faktı olduğunda antibiotiklər və dəstək terapiyadır. Nekrozların çıxarılması nəticəsində geniş toxuma defekti qalarsa, rekonstruktiv cərrahiyyə üsullarına ehtiyac yarana bilər.
- https://www.andreasastier.com/blog/the-different-types-of-necrosis-and-their-histological-identifications#:~:text=There%20are%20six%20distinct%20patterns,gangrenous%2C%20fat%20and%20fibrinoid%20necrosis.
- Proskuryakov SY, Konoplyannikov AG, Gabai VL. Necrosis: a specific form of programmed cell death? Exp Cell Res. 2003 Feb 1;283(1):1-16. doi: 10.1016/s0014-4827(02)00027-7. PMID: 12565815. https://pubmed.ncbi.nlm.nih.gov/12565815/
- Məqalədəki şəklin mənbəsi: https://www.flickr.com/photos/34255754@N00/100129426/
10 baxış, 1 bəyənmə 16-07-2024