Mili içəri hərləndirən girdə əzələ

Musculus pronator teres

Ümumi məlumat

Musculus pronator teres (PT) — saidin səthi əzələləri qrupuna aiddir. Əsas funksiyası alt qolun pronasiyasıdır.

Dairəvi pronator əzələsi saidin ön tərəfinin səthi qatında yerləşən, biləyin bükücü əzələlər qrupuna daxil olan əzələdir. Klinik baxımdan orta sinirə (nervus medianus) yaxın yerləşdiyinə görə əhəmiyyət daşıyır.


Etimologiya

"Pronator" latınca pronasiya edən, yəni "içəri hərləndirən", "teres" isə "yumru, dairəvi", girdə mənasını verir.

Bu ad əzələyə onun yuvarlaq kəsikli olduğuna görə və eyni funksiyanı yerinə yetirən digər əzələ olan pronator quadratus-dan fərqləndirmək üçün verilmişdir.


Başlanğıc

PT ikibaşlı əzələdir:

  • Caput humerale – bazunun medial epikondilusundan 
  • Caput ulnare – dirsək sümüyünün tacvari çıxıntısından (Processus coronoideus ulnae)

Əzələnin bu iki başın arasından orta sinir keçir.


Bağlanma 

  • Əzələ mil sümüyünün (radius) yan səthinə, orta hissədə yerləşən pronator nahiyəsinə bağlanır.


İnnervasiya

  • Orta sinir (n. medianus)
  • Sinir kökləri: C6–C7


Qan təchizatı

  • Bazu, mil və dirsək arteriyalarının şaxələri


Funksiya

  • Saidin pronasiyası
  • Əlavə olaraq dirsək oynağında yardımçı bükmə


Klinik əhəmiyyət

Orta sinirin PT əzələsinin başları arasında sıxılması pronator teres sindromu adlanır. Bu sindromu karpal tunel sindromundan fərqləndirmək vacibdir.

  1. https://www.kenhub.com/en/library/anatomy/pronator-teres-muscle

3 baxış, 0 bəyənmə 25-12-2025

Dr. med. Toğrul Məmmədli

Plastik cərrahiyyə
Həkim-mütəxəssis

458 baxış, 13 bəyənmə
Qoşulma tarixi: 12-06-2024

000

St. Josefs-Krankenhaus Hagen

Dr. med. Toğrul Məmmədli