Leipzig şkalası
Wilson xəstəliyi diaqnostikasında istifadə olunan dəyərləndirmə sistemi
Tərif
Leipzig şkalası Wilson xəstəliyinin diaqnozunda istifadə edilən diaqnostik qiymətləndirmə sistemidir. Bu şkala klinik əlamətlərin, laborator göstəricilərin və görüntüləmə tapıntılarının qiymətləndirilməsinə əsaslanır və diaqnozun dəqiqliyini artırır. Ümumi bal hesablanır və bal nə qədər yüksəkdirsə, Wilson xəstəliyi ehtimalı da bir o qədər yüksək olur.
| Əlamət | Göstərici | Bal |
| Kayser-Fleischer halqası | Var Yoxdur
| 2 0 |
| Nevroloji simptom və ya MRT tapıntısı | Qabarıq Cüzi Yoxdur | 2 1 0 |
| Serum seruloplazmin (g/L) | < 0,10 0,10–0,20 Normal
| 2 1 0
|
24 saatlıq sidikdə mis ifrazı | Norma yuxarı həddinin 2 qatından yuxarı Norma yuxarı həddinin 1-2 qatı Normal Normal, ancaq D-penisillamin veriləndən sonra normadan 5 dəfə artıq
| 2 1 0 2 |
Coombs-neqativ hemolitik anemiya | Var Yoxdur | 1 0
|
| Qaraciyər biopsiyasında mis miqdarı (µg/g)
(xolestazsız) | >250 50–250 <50 Rodamin-müsbət dənəciklər var
| 2 1 - 1 1
|
ATP7B gen mutasiyası | Hər iki xromosomda
Bircə xromosomda Yoxdur | 4
1 0 |
| Nəticə | Diaqnozun təsdiqi Diaqnoz mümkündür Ehtimal azdır | ≥ 4 3 ≤2 |
- Usefulness of the Leipzig Score in the Diagnosis of Wilson’s Disease - A Diagnostically Challenging Case Report https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC11448466/
- https://www.leberhilfe.org/lebererkrankungen/morbus-wilson/
4 baxış, 0 bəyənmə 16-12-2025