Schloendorff məhkəməsi

Nyu-York Ştat Apellyasiya Məhkəməsi tərəfindən ABŞ qanunvericiliyində cavabdehlik prinsiplərini müəyyən edən qərar

Tərif 

1914-cü ildə yekunlanmış Schloendorff məhkəməsi müasir tibbi etikanın inkişafına və məlumatlı razılığın əhəmiyyətinin tanınmasına təsir etmiş tarixi hadisə idi.


Təfərrüatlar

1908-ci ilin yanvarında San-Fransiskoda natiqliq müəllimi işləyən Meri Şlöndorf (Mary Schloendorff) mədə problemləri ilə Nyu-York Xəstəxanasına müraciət edir. Xəstəxanada bir neçə həftə qaldıqdan sonra məsul həkimi ona "fibroid şiş" diaqnozu qoyur. Həkim cərrahi əməliyyat tövsiyə edir, lakin xanım Şlöndorf bundan qəti imtina edir. Axırda, o, efir anesteziyası altında müayinəyə razılıq verir. Prosedur zamanı həkimlər şişi çıxarmaq üçün pasiyentin razılıq vermədiyi əməliyyat keçirir. Bundan sonra onun sol qolunda qanqrena inkişaf edir. Nəticədə, bir neçə barmağı amputasiya olunur və əl funksiyası ciddi dərəcədə azalır. Pasiyent həkim və xəstəxanaya qarşı iddia qaldırır.

Hökm 

Məhkəmə müəyyən edir ki, iddiaçının razılıq vermədiyi əməliyyat tibbi zorakılıq təşkil edir. Hakim Benjamin Cardozo Məhkəmənin rəyində belə bildirmişdir:

"Yetkin yaşa çatmış və sağlam ağıl sahibi olan hər bir insanın öz bədəni ilə nə ediləcəyini müəyyən etmək haqqı vardır; xəstəsinin razılığı olmadan əməliyyat edən cərrah zorakılıq tətbiq edir və vurulan zərərə görə məsuliyyət daşıyır. Bu yalnız o hallara şamil olunmur ki, təcili müdaxilə olunmalıdır, və xəstə huşsuz olduğuna görə əvvəlcədən razılıq əldə etmək mümkün deyil."

Şloendorff isə həkimləri deyil, xəstəxananın özünü məhkəməyə vermişdi. Məhkəmə müəyyən etdi ki, qeyri-kommersiya xəstəxanası öz işçilərinin hərəkətlərinə görə məsuliyyət daşıya bilməz.

Əhəmiyyət

Bu məhkəmədə sonra:

  1. Qeyri-mənfəət xəstəxanasının öz işçilərinin hərəkətlərinə görə məsuliyyət daşımadığı fikri ABŞ-də "Schloendorff qaydası" kimi tanınan bir prinsipə çevrildi. Qeyd etmək lazımdır ki, bu prinsipə 1957-ci ildə yenidən baxıldı və Schloendorff qaydası rədd edildi.
  2. Müdaxilədən əvvəl məlumatlı razılıq əldə etməyin əhəmiyyəti və
  3. Həkim tərəfindən pasiyentin seçiminə hörmətlə yanaşmalı olduğu vurğulandı, hətta həkim bu seçimi yanlış hesab etsə belə. 

1. Faden, Ruth; Beauchamp, Tom L. (1986). A history and theory of informed consent. New York: Oxford University Press. p. 123. ISBN 0195036867.

2. Loses $50,000 Suit". Santa Cruz Sentinel. Vol. 57, no. 111. May 10, 1911. p. 5. Retrieved January 9, 2016 – via Newspapers.com. Open access icon

3. Shloendorff v. Society of New York Hospital, 105 N.E. 92, 93 (N.Y. 1914). (Full text via HathiTrust Digital Library.) Open access icon

4. "Schloendorff v. Society of New York Hospital". Northeastern Reporter. 105: 92. hdl:2027/hvd.32044103146437. Retrieved January 9, 2016 – via HathiTrust. Open access icon

5. "Schloendorff v. Society of New York Hospital". New York Reports. 211: 125. hdl:2027/mdp.35112103764199. Retrieved January 9, 2016 – via HathiTrust. Open access icon

6. Summary and Opinion of the case Archived July 14, 2017, at the Wayback Machine


5 baxış, 0 bəyənmə 05-02-2025

Qənirə Rzazadə

3-cü kurs
Tələbə

36 baxış, 1 bəyənmə
Qoşulma tarixi: 17-07-2024

- Qənirə Rzazadə