Uzun ovuc əzələsi
Musculus palmaris longus
Uzun ovuc əzələsi (PL) - saidin ön əzələ qrupuna aiddir və ən səthi yerləşən əzələdir. Quruluşu hər kəsdə fərqli ola bilər, insanların 10-15%-də isə ümumiyyətlə yoxdur.
Başlanğıc
- Bazunun medial epikondilusu- epicondylus medialis humeri
Bağlanma
- Ovuc aponevrozu
İnnervasiya
- Orta sinir - N. medianus (C6–C7 kökləri)
Qan təminatı
Ön dirsəyin qayıdan arteriyası - A. ulnaris recurrens anterior
Funksiya
M. palmaris longus həm bilək, həm də dirsək oynaqlarınının zəif bükücüsüdür. Digər funksiyası isə xüsusən yumruq sıxılarkən palmar aponevrozu və dərini gərməkdir.
Klinik əhəmiyyət
Bəzi tədqiqatlara əsasən PL mövcudluğu yumruq sıxma gücünü artırır. Bununla belə, said əzələləri arasında funksional baxımdan ən əhəmiyyətsiz əzələ sayılır. Buna görə onun uzun vətəri əl cərrahiyyəsində vətər və bağ bərpası əməliyyatlarında işlədilir.
0 baxış, 0 bəyənmə 01-02-2026