Tetrasiklin dişlər

Dişlərin formalaşma pozğunluqlarından biri

Tərif

Diş toxumalarının formalaşması dövründə tetrasiklin qəbulu səbəbindən onların nginin dəyişməsi.


Tarixi

Keçən əsrin ortalarında tetrasiklin qrupu antibiotiklər həkimlər tərəfindən infeksion xəstəliklərin müalicəsində çox geniş istifadə olunurdu. Bu preparat hər yaşdan insana, o cümlədən hamilələrə və uşaqlara yazılırdı. Bu preparatın dişlərə olan təsiri öyrəniləndən sonra 8 yaşından kiçik uşaqlara və hamilələrə yazılması dayandırıldı. Schwachmann Schuster ilk dəfə (1956) kistik fibrozlu uşaqlarda inkişaf dövründə antibiotik qəbulundan sonra dişlərdə ləkə yaranmasını qeyd etmişdi.


Patofiziologiya

“Tetrasiklin dişlər” sistem hipoplaziyanın bir növüdür. Hipoplaziya (yunanca hypo-az, plasis-əmələgəlmə, formalaşma) diş toxumalarının inkişafdan qalmasıdır.

Tetrasiklin plasentanı keçə bilən antibiotik növüdür. Bu antibiotik hidroksiapatit kristallarının səthindəki kalsiumla birləşmələr əmələ gətirib, dişin minasına, dentininə və sümüklərə çökür. Bunun nəticəsində diş səthində sarı-qəhvəyi ləkələr əmələ gəlir.
Tetrasiklinin qəbul dozasından, hansı tetrasiklin qrupu antibiotikin istifadəsindən, istifadə müddətindən, hazırda dişin hansı inkişaf mərhələsində olmasından asılı olaraq dişin rəng dəyişməsi və hipoplaziya səviyyəsi dəyişir. Kiçik dozalarda yalnız dişin rəngi dəyişsə də, böyük dozalarda hipoplaziya da yaranır.
Bu dişlər həmçinin ultrabənövşəyi şüalar altında sarı rəngdə görünür. Tetrasiklin, oksitetrasiklin, dimetiltetrasiklin dişləri sarı-qəhvəyi-boz rənglərə boyadığı halda,  Xlortetrasiklin
boz rəngə boyayır. Vibramisin və doksisiklin isə rəngləmir.


"Tetrasiklin dişlər"
Müalicə
Yüngül dərəcələri rənglənmələrdə ağartma üsulları kömək etsə də, ağır formalarda və çox tünd rənglənmələrdə bu üsullar kömək etmir. Ona görə bu dişləri restorativ müalicə etmək, ən ağır formalarda isə ortopedik müalicə aparmaq lazımdır. 



A. Əngin frontal dişlərində görünən ləkələr B. ağartmadan sonra
Profilaktika
Tetrasiklin qrupu antibiotiklər, həyati göstəriş yoxdursa, uşaqlara və hamilələrə təyin edilməməlidir.



  1. Məmmədov R.M.,Paşayev A.Ç.,Həmzəyev B.M.,Həsənov V.M.Terapevtik stomatologiya.Bakı.:Təbib nəşriyyatı,2017,səh169-170.
  2. https://www.researchgate.net/figure/A-Tetracycline-pigmented-teeth-B-The-maxillary-incisors-have-been-bleached-the-lower_fig32_312524437
  3. European Journal of Science and Technology Special Issue(Diş Renklenmeleri ve Güncel Tedavileri Sevdiye Burke, Begüm Güray EFES) 43, pp. 55-68, November 2022 e-ISSN: 2148-2683  www.ejosat.com ISSN:2148-2683
  4. https://www.sciencedirect.com/science/article/abs/pii/0030422077902420
  5. PEDIATRIC DENTISTRY by The American Academy of Pediatric Dentistry September 1987/VoL. 9 No. 3(Staining and hypoplasia of enamel caused by tetracycline: case report. P.Fleming, C.J. Witkop, Jr., W.H. Kuhlmann.)
  6. https://staging.aapd.org/globalassets/media/publications/archives/fleming-09-03.pdf


3 baxış, 0 bəyənmə 30-03-2025

Orxan Pənahov

5-ci kurs
Tələbə

27 baxış, 2 bəyənmə
Qoşulma tarixi: 02-11-2024

Orxan Pənahov