Takotsubo kardiomiopatiyası (Sınmış ürək sindromu)

Bədənin güclü stressə verdiyi cavabdır. Stress, yüksək emosionallıq, ciddi fiziki xəstəlik, ağır əməliyyatdan sonra yaranır.

Ümumi məlumat 

Kəskin ürək çatışmazlığının, ölümcül mədəcik aritmiyalarının və mədəcik divarının yırtılmasının səbəbidir. Əksər hallarda Takotsubo kardiomiopatiyası ürək çatışmazlığının və ya sinə ağrısının qəfil inkişafı, kəskin miokard infarktı üçün xarakterik olan elektrokardioqrafiya dəyişiklikləri ilə özünü göstərir. Müşahidələr göstərir ki, takotsubo kardiomiopatiyası postmenopauza dövründə olan qadınlar üçün daha xarakterikdir. Orta statistik göstəricilərə görə, sindromdan əziyyət çəkən qadınların təqribən 66 yaşı var (menopauzaya qədər yumurtalıqlardan qana ifraz olunan esterogen hormonu qadınları infarkt keçirməkdən qoruyur). Həddindən artıq stress altında olan fərdlərdə daha çox görülən bu xəstəliyin ürək dayanması daxil ciddi fəsadları ola bilər.

Sınıq qəlb sindromunu göstərən simptomlara sol qolda və aşağı bölgədə ağrı, tərləmə, ürəkdə daimi sıxılma hissi, yorğunluq, narahatlıq və stress, nəzarətsiz və balanssız bədən hərəkətləri, monofobiya, baş ağrısı, konsentrasiyada çətinlik, döş qəfəsində ağrı, hava çatışmazlığı hissi, aritmiya, huşun zəifləməsi, baş gicəllənmə və xoşbəxt qəlb sindromu daxildir.

Sevinc, qürur hissi, xoşbəxtlik kimi pozitiv, müsbət emosiyalar da infarkta səbəb ola bilər. Buna "xoşbəxt qəlb sindromu" deyilir. 

Etimologiya

"Stress kardiomiopatiyası", "takotsubo sindromu" kimi də adlandırılır. Bu ad, ürəyin sol hissəsinin sindromun inkişafı zamanı yapon balıqçıları tərəfindən istifadə edilən səkkizayaqlını ovlamaq üçün istifadə olunan qaba bənzəməsi ilə əlaqədardır. 


Yapon dilində tako tsubo "oktopus tələsi" deməkdir.


Tarixi məlumat

Ürək böhranına bənzər tapıntılarla özünü göstərən bu xəstəliyi 1990-cı ildə Hiraru Sato kəşf edib və ona "takotsubo kardiyomiopatiyası" adını vermişdir.


Etiologiya 

Sindromun etiologiyası tam aydın olmasa da, bir neçə mexanizm təklif edilmişdir.

  1. Sarılan sol ön enən arteriya (ingiliscə wraparound LAD)
  2. Keçici vazospazm
  3. Mikrovaskulyar disfunksiya

Stress kardiomiopatiyasının inkişafında bir çox amillər - vazospazm, mikrosirkulasiya çatışmazlığı və patoloji katexolamin reaksiyası rol oynayır. Xəstələrin böyük qruplarını müşahidə edərkən, onların bəzilərində Takotsubo kardiyomiyopatiyasının emosional stressdən sonra və ya digər hallarda əvvəlki fiziki stressdən sonra (astmatik status və ya qəfil xəstəlik) inkişaf etdiyi göstərilir. Bu qruplardakı xəstələrin təxminən üçdə birində stress faktoru qeydə alınmamışdır. Avropada xəstələrin böyük qruplarının müşahidəsi göstərdi ki, Takotsubo kardiomiopatiyasına qışda bir qədər daha yüksək rast gəlinir. 

Diaqnoz 

Takotsubo kardiyomiyopatiyasının diaqnozu klinik görünüşlə qəlizləşə bilər. EKQ dəyişiklikləri tez-tez səhvən anterior miokard infarktının göstəriciləri kimi şərh olunur. Sinə ağrısı, nəfəs darlığı, ST seqmentinin yüksəlməsi, T dalğasının inversiyası və ya EKQ-də QT intervalının uzadılması ilə birlikdə apikal hərəkətliliyin keçici disfunksiyasının kəskin başlanğıcı ilə təsvir olunur. 

Diaqnoz ürək divarının hərəkətliliyində patoqnomonik dəyişikliklər əsasında - onun qalan hissələrinin akineziyası və ya diskineziyası ilə birlikdə sol mədəciyin əsasının normal daralması və ya hiperkinez əsasında qurulur. 

Ümumiyyətlə, neqativ hisslər keçirdikdən sonra şiddətli sinə ağrısı və ya təngnəfəslik şikayətləri olan hər kəs ətraflı müayinə edilməli, mütləq elektrokardioqram çəkilməli və lazım olarsa, qan testinə baxılmalıdır.

Müalicə 

Arterial hipotenziyası olan xəstələrdə inotrop dəstək və ya aortadaxili balon pompalama tətbiq edilir. Tipik olaraq təyin edilir:

  • Asetilsalisil turşusu
  • ACE inhibitorları və ya angiotensin I reseptor antaqonistləri
  • β-blokatorlar
  • Nitratlar. Bunlar koronar arteriyaların spazmını aradan qaldırmaq üçün işlənir. Bir çox pasiyentdə sol mədəciyin funksiyası 2 ay ərzində bərpa olunur.

Proqnoz

Xəstələrin əksəriyyəti 1-2 həftə içində normal həyata geri qayıdırlar. Diaqnoz qoyulmuş xəstələrin 4%-i xəstəxanada dünyasını dəyişir. Təcrübələr göstərir ki, sınıq qəlb sindromundan əziyyət çəkmiş insanlarda xəstəliyin təkrar ortaya çıxma riski hər il 2% artır. 



8 baxış, 0 bəyənmə 28-07-2024

Qənirə Rzazadə

3-cü kurs
Tələbə

28 baxış, 1 bəyənmə
Qoşulma tarixi: 17-07-2024

- Qənirə Rzazadə