Somnambulizm

Yuxuda danışmaq, gəzmək və qeyri-iradi hərəkətlər etməklə xarakterizə olunan yuxu pozğunluğu

Ümumi Məlumat 

Somnambulizm yuxuda insanların danışmaq, mahnı oxumaq, təmizlik etmək kimi qeyri-iradi hərəkətləri ilə təzahür edən patoloji haldır. Bu hal "lunatik" olaraq da bilinir və bu şəxslər yuxuda etdikləri hərəkətləri xatırlamırlar. Lunatiklər bağlı qapı və pəncərələri açmaq iqtidarında olmurlar və belə maneələrlə qarşılaşdıqda yollarını dəyişirlər.  

Tarixi Məlumat

Somnambulizm qədim dövrlərdən bəri mövcuddur. İlk lunatiklərin qədim Şumerdə yaşadığı məlumdur. Tarixi mənbələrdə lunatiklər çox zaman sirli və qorxulu şəxslər olaraq təsvir edilmiş və şeytanla əlaqələndirilmişdir. Keçmişdə Avropada yuxuda gəzənləri şeytanın övladı və ifritə adlandıraraq cəzalandırırdılar.

Etiologiya

Somnambulizmin yaranma səbəbləri tam olaraq müəyyən edilməmişdir. Bir mənbəyə görə, DQB1*0501 geninə malik ağdərililər arasında somnambulizm daha çox müşahidə olunur. Bundan başqa, səbəblər arasında stress, yorğunluq, spirtli içkilər, narkotik olsa da, əsas səbəbin epilepsiya olduğu düşünülür.

Yayılması

Dünyada insanların təxminən 12 faizi somnambulizmdən əziyyət çəkir. Lunatiklərin 85 faizi nevroz xəstəliyi ilə əlaqəlidir. Uşaqların isə 30 faizi somnambulizmlə qarşılaşır və bu hal daha çox 5-15 yaş arası uşaqlarda görülür.

Xüsusiyyətlər

Lunatiklər gecəyarısı qalxıb ev işləri görürlər. Statistikalara görə, ən sevdikləri iş çirkli paltarları və qabları yumaqdır. Bəzən qonşunun həyətinə keçərək orada da təmizlik edirlər. Bu halların baş verdiyi zaman təxminən gecə saat 3-4 arasıdır və bu vəziyyət 5 dəqiqə ilə bir saat arasında davam edə bilər.

Profilaktika

  • Qapı və pəncərələri gecələr bərk bağlamaq.
  • Çarpayının qarşısına yaş dəsmal sərmək.
  • İti əşyaları gizlətmək.
  • Lunatikləri gəzərkən qəfildən oyatmamaq.

Medikamentoz Müalicə

Dərmanla müalicə nadirdir, lakin benzodiazepinlər və antidepresantlar istifadə edilə bilər.

Nümunələr

1. 20 yaşındakı Kanadalı Keneth uşaq yaşlarından bəri somnambulizmdən əziyyət çəkirdi. 23 may 1987-ci ildə Keneth Parks yataqdan qalxır, evdən çıxıb qaynanasının evinə gedir. Onların evinə 10 kilometr qalmış qaynanasına rast gəlir və qadını öldürərək qaynatasını yaralayır. Bu hadisədən dərhal sonra özü polis məntəqəsinə üz tutur. Ekspertlərin təsdiqi ilə məhkəmə Kenethin somnambulizmdən əziyyət çəkdiyinə görə belə bir iş tutduğuna inanır və o, sərbəst qalır.

2. Timothy Brueggeman Viskonsindən idi və yuxusuzluqdan əziyyət çəkirdi. O, bir dəfə yayda öz maşını ilə gedərkən sükan arxasında yuxuya gedib və maşını ağaca çırpıb. Bundan sonra həkimlər ona yuxu həbləri yazıblar. 2009-cu ilin yanvarında o, ilk və son dəfə yuxu həbləri qəbul edərək lunatiklik edib. Yataqdan qalxıb alt paltarı ilə şaxtalı havada çölə çıxıb. Səhər həmin şəxsin donmuş cəsədini tapıblar.


3. Avropanın tanınmış detektivlərindən olan Robert Ledru uzun müddətdir ki, yuxusuzluqdan əziyyət çəkirdi. Bir gün, o, cinayət işini araşdırmaq üçün başqa şəhərə yollanır. İş sahildə bir mərmi ilə öldürülən adam haqqında idi. Robert qatili tapmaq üçün çox araşdırmalar etsə də, tapa bilmir. Araşdırmalar nəticəsində qumdakı ayaq izindən belə nəticəyə gəlirlər ki, qatilin sağ ayağının bir barmağı yoxdur. Bundan sonra Robert şübhələnərək silahındakı mərmilərin sayına baxdıqda birinin olmadığını görür və şəhərə gələrkən 12 saat yatdığını və oyanarkən çantasının açıq olduğunu, corabının isə tozlu olduğunu xatırlayır. Robert polisə gedərək qatili tapdığını, özünün olduğunu deyir. Polislər ona inanmadığı üçün belə bir təcrübə keçirirlər: Robert silahının mərmilərini boşaldır, otağının qarşısına iki nəzarətçi təyin edilir. Gecə olduqda birdən qapı açılır və Robert nəzarətçilərə atəş etməyə cəhd edir. Beləliklə, Robertin somnambulizmdən əziyyət çəkdiyi və axtarılan qatil olduğu təsdiqlənir. Məhkəmə Robertin gündüzlər təhlükəli olmadığı qərarına gələrək ona gündüz azadlıq, gecə həbs qərarı verir. O, bu qərarla 77 yaşına qədər yaşadı. Beləliklə, detektiv Robertin son tapdığı qatil özü oldu.

1. Azka S. Zergham, Zeeshan Chauhan. “Somnambulism.” StatPearls [Internet]. National Center for Biotechnology Information (NCBI). Available from: https://www.ncbi.nlm.nih.gov/books/NBK559001/.

2. Suni, Eric. “Sleepwalking.” Sleep Foundation. Medically reviewed by Dr. Nilong Vyas. Available from: https://www.sleepfoundation.org/parasomnias/sleepwalking.

3. O’Hara, Kassondra. “The Police Detective Who Caught Himself.” Vocal. Available from: https://vocal.media/history/the-police-detective-who-caught-himself.

4. Griffin, Simon. “10 Terrifying Tales of Sleepwalking.” Listverse. Available from: https://listverse.com/2013/06/07/10-terrifying-tales-of-sleepwalking/.


36 baxış, 3 bəyənmə 01-07-2024

Dr. Leyla Huseynova

4-cü kurs
Tələbə

96 baxış, 8 bəyənmə
Qoşulma tarixi: 25-06-2024

Dr. Leyla Huseynova