Qram müsbət və qram mənfi bakteriyalar

Prokariotlar, eubakteriyalar

İnsan üçün patogen olan prokariotlara eubakteriya deyilir ki, bunlar da hüceyrə divarına görə 2 qrupa bölünür:

I. Hüceyrə divarı olanlar

a. Qram müsbət

b. Qram mənfi

II. Hüceyrə divarı olmayanlar

a. Mycoplasma & Ureaplasma- sitoplazmatik membranları 3 qatlı olub, sterol tərkiblidir.


Bakteriya hüceyrəsinin quruluşu


Hüceyrə divarı - sitoplazmatik membranı əhatə edən qoruyucu təbəqədir:

  • Bakteriyalara forma verir.
  • Baryer funksiyasını daşıyır.
  • Bakteriyanın daxilindəki osmotik lizisdən qoruyur.
  • Sahib hüceyrə ilə əlaqəni təmin edir.
  • Sahib hüceyrəyə birləşmədə rol oynayır.
  • Qram üsulu ilə təyin edilə bilir.
  • Bakteriyalar tərəfindən törənən xəstəliklərin patogenezində rol oynayır.

Qram müsbət və Qram mənfi bakteriyaların hüceyrə divarında fərqlər:

  • Qram müsbət bakteriyalarda hüceyrə divarı quru kütlənin 50%-ini (40-80%) təşkil edir, hüceyrə divarı qalındır.
  • Qram mənfi bakteriyalarda hüceyrə divarı quru kütlənin 5-10%-ni təşkil edir, daha nazikdir.


Qram müsbət

  • Peptidoqlikanı qalındır.(40 qatlı)
  • Teyxoat turşusu vardır.
  • C. diphtheriae-də diaminopimelin turşusu vardır.
  • Göy, mavi boyanır.

Qram mənfi

  • Peptidoqlikanı nazikdir (2-3qatlı)
  • Peptidoqlikandan çölə doğru 3 qatı var: lipoprotein, xarici membran və LPS.
  • Xarici membranda porinlər vardır ki, bunlar Na, K nasoslarına bənzəyir.
  • Sitoplazmatik membran ilə xarici membran arasında periplazmatik sahə var. Fermentlər və proteinlər burada yerləşir.
  • Qırmızı rəngə boyanır.


Qram-müsbət bakteriyalara misal olaraq Bacillus, Clostridium, Listeria, StaphylococcusStreptococcus növlərini göstərmək olar.

Qram-mənfi bakteriyaların bir çox müxtəlif növləri mövcuddur; bunlara misal olaraq Enterobacter, Escherichia, Haemophilus, Klebsiella, Pseudomonas, Salmonella, ShigellaYersinia göstərilə bilər.

  1. https://www.britannica.com.

2 baxış, 0 bəyənmə 12-10-2025

Məhinbanu Kazımova

5-ci kurs
Tələbə

56 baxış, 0 bəyənmə
Qoşulma tarixi: 28-09-2024

Məhinbanu Kazımova