LRINEC şkalası
Nekrozlaşdıran fassiitdə istifadə olunan dəyərləndirmə sistemi
Tərif
LRINEC Score (Laboratory Risk Indicator for Necrotizing Fasciitis) ağır yumşaq toxuma infeksiyalarını, xüsusən də nekrozlaşdıran fassiiti digər infeksiyalardan və patologiyalardan ayırd etmək üçün istifadə edilən bir diaqnostik qiymətləndirmə sistemidir. Əsas məqsədi laboratoriya göstəriciləri əsasında nekrozlaşdıran fassiit ehtimalını erkən mərhələdə qiymətləndirməkdir.
Göstərici | Dəyər | Bal |
Hemoqlobin (Hb) | >13,5 11–13,5 <11 | 0 1 2 |
Leykositlər (WBC) 109/L | <15 15–25 >25 | 0 1 2 |
Natrium (mmol/L) | <135 | 2 |
Kreatinin (μmol/L) | >141 2 | 2 |
Qlükoza | >10 | 1 |
C-reaktiv zülal (CRP) | >150 | 4 |
Ballar toplandıqda nekrozlaşdıran fassiitin ehtimalı belə hesablanır:
Bal | Ehtimal |
<5 | Aşağı (<50%) |
6-7 | Orta |
>8 | Yüksək (>75%) |
LRINEC, nekrozlaşdıran fassiitin klinik diaqnostikasında statistik olaraq müsbət əlaqəsi olan faydalı bir yardımçı vasitədir. Bununla belə, bu bal sistemi daha da inkişaf etdirilə bilər. Məsələn, sepsis markerləri (əsasən prokalsitonin, PCT) LRINEC-ə daxil deyil. Bir neçə müəllif digər parametrlərin əlavə edilməsini təklif edib. Bunlara laborator göstəricilər (məsələn, prokalsitonin, fibrinogen və eritrosit sayı), eləcə də kliniki göstəricilər daxildir (məsələn, ağrı, yüksək hərarət və yanaşı xəstəliklər). Qeyd etmək lazımdır ki, bu dəyərləndirmə sistemi ancaq yardımçı rolunu yerinə yetirir və diaqnoz ilk növbədə kliniki simptomlar əsasında qoyulmalıdır.
- Wong CH, Khin LW, Heng KS, Tan KC, Low CO. The LRINEC (Laboratory Risk Indicator for Necrotizing Fasciitis) score: a tool for distinguishing necrotizing fasciitis from other soft tissue infections. Crit Care Med. 2004 Jul;32(7):1535-41. doi: 10.1097/01.ccm.0000129486.35458.7d. PMID: 15241098. https://pubmed.ncbi.nlm.nih.gov/15241098/
- Bechar J, Sepehripour S, Hardwicke J, Filobbos G. Laboratory risk indicator for necrotising fasciitis (LRINEC) score for the assessment of early necrotising fasciitis: a systematic review of the literature. Ann R Coll Surg Engl. 2017 May;99(5):341-346. doi: 10.1308/rcsann.2017.0053. PMID: 28462647; PMCID: PMC5449710. https://pubmed.ncbi.nlm.nih.gov/28462647/
2 baxış, 0 bəyənmə 13-01-2025