İlan sancması
Zəhərli ilanın sancması nəticəsində yaranan patoloji dəyişikliklər
Zəhərli ilan sancması ilanın növündən və pasiyentin xüsusiyyətlərindən asılıdır. Bu məqalədə Azərbaycan ərazisində yayılmış ilan sancmalarına xas məlumat verilib. Azərbaycanda ən çox kliniki əhəmiyyət kəsb edən ilan növləri gürzələrdir (vipera). Yayılmasına, zəhərinin təsirinə və miqdarına görə ən vacib bioloji növ nəhəng gürzədir (macrovipera lebetinus).
Nəhəng gürzə (macrovipera lebetina)
Simptomlar
Ümumi:
- Vertiqo
- Baş ağrısı
- Abdominal ağrı
- Taxikardiya
- Taxipnoe
- Dispnoe
- Ümumi zəiflik
- Yuxululuq
- Ürəkbulanma və qusma
- Üşütmə, soyuq tər
- Koaqulopatiya
Lokal:
- Güclü ağrı
- Qızarma
- Göyərmə
- Şişkinlik
Müalicə
Həkiməqədər yardım
- Peşəkar yardım gələnə kimi bunları etmək tövsiyyə olunur:
- Təcili yardım çağırmaq (təcili tibbi yardım: 103, fövqəladə hallar xidməti: 112).
- Təmkinli olmağa çalışmaq. Nəzərdə saxlamaq lazımdır ki, ölüm riski çox aşağıdır.
- Mümkünsə, təhlükəsiz məsafədən ilanın şəkilini çəkmək. İlanın növünün bilinməsi müalicədə kömək edə bilər.
- Sancılmış ətrafı neytral tutaraq ayaqları bir qədər yuxarı olmaqla rahat vəziyyətdə uzanmaq və ya oturmaq.
- Maye qəbul etmək (su, çay).
- Üzük, saat və qolbaqları çıxarmaq.
- Sancma yerini sabun və su ilə yumaq.
- Sancma yerini təmiz sarımaq.
- Həssaslıq və şişmənin hüdudunu dəridə işarələmək və vaxtını yazmaq.
- Bunları etmək tövsiyyə olunmur:
- Sancıldıqdan sonra simptomları gözləmək. Yardım dərhal başlanmalıdır.
- Xəstəxanaya çatmaq üçün avtomobil idarə etmək. Başgicəllənmə və huşunu itirmə riski var.
- İlanı tutmağa və ya onu tələyə salmağa çalışmaq. Ölü və ya başı kəsilmiş olsa belə, əlinizə almayın.
- Turniket tətbiq etmək (ətrafın qan dövranını kəsmək). Zəhərin lokal daha çox zərər vurma potensialı var.
- Yaranı bıçaqla kəsmək, yandırmaq və ya zəhəri yaradan ağızla sovurmağa çalışmaq. Bunların xeyri yoxdur.
- Ağrını azaltmaq üçün alkohol içmək.
- Sübut olunmamış xalq təbabəti üsullarını tətbiq etmək.
Peşəkar müalicə
- Sistematik:
- Vital funksiyalara nəzarət
- İntravenoz rehidratasiya
- Zərdab (antivenom, antitoksin). Bu, ən təsirli müalicə komponenti sayılır.
- Analgeziya. Ağrıkəsicilərin seçimində laxtalanma sisteminə təsiri az olan preparatlara üstünlük verilir.
- Koaqulasiya profilinə əsasən qan laxtalanma dövrünü artıran və ya azaldan preparatlar təyin oluna bilər.
- Antibiotik. Yarada ikincili bakterial infeksiyanı müalicə etmək və ya qarşısını almaq üçün antibiotiklər təyin olunur
- Lokal:
- Ətrafın elevasiyası
- Aseptik və antiseptik yara qayğısı
- Cərrahiyyə:
- Kompartment sindromu ehtimal olunarsa, təcili əməliyyat lazım ola bilər.
- Sonrakı dövrdə: böyük sahəli nekrozlar əmələ gələrsə, nekrektomiya və yaranın rekonstruktiv cərrahiyyə üsulları ilə örtülməsinə ehtiyac yarana bilər.
- Azərbaycanda yayılmış ilan növləri, Zülfü Fərəcli, 24 Mart 2017 - https://zulfuferecli.wordpress.com/2017/03/24/az%C9%99rbaycanda-yayilmis-ilan-novl%C9%99ri/
- Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi - http://www.sehiyye.nakhchivan.az/index.php?git=xeberler&sehife=xeberici&xeber_id=1389
- ABŞ Xəstəliklərin İdarə Olunması və Profilaktikası Mərkəzləri - https://www.cdc.gov/niosh/topics/snakes/symptoms.html
- Ümumdünya Səhiyyə Təşkilatı - https://www.who.int/teams/control-of-neglected-tropical-diseases/snakebite-envenoming/treatment
9 baxış, 1 bəyənmə 16-07-2024