Autosom-dominant ötürülmə

Gen xəstəliklərinin nəslə ötürülmə tiplərindən biri

Tərif

Autosom-dominant ötürülmədə xəstəliyin əlaməti mutant genin homo- və ya heteroziqot vəziyyətindən asılı olmayaraq özünü büruzə verir. Adətən, autosom-dominant tipli irsi xəstəliklər orqanizmin nəsiltörətmə qabiliyyətinə təsir etmir. Ona görə də bu xəstəliklər yaşama müddətini qısaltmır, təbii seçmədən yan keçərək uzun müddət nəsildən-nəslə ötürülür.

Autosom-dominant xəstəliklərin ötürülməsi xüsusiyyətlərinə aiddir:

  • Qadınlar və kişilər eyni dərəcədə xəstələnirlər;
  • Patoloji əlamət hər iki valideyndən ötürülə bilər;
  • Uşağın xəstə doğulma riski 50%-dir;
  • Hər nəsildə müşahidə olunur (100% penetrantlıq şərti ilə).


Misallar

Növbəti patologiyalar dominant tip üzrə ötürülə bilər:

  • Sindaktiliya
  • Polidaktiliya
  • Braxidaktiliya
  • Axondroplaziya
  • Huntington xoreyası
  • Neyrofibromatoz
  • Miotonik distrofiya
  • Anadangəlmə katarakta
  • Marfan sindromu
  • Ailəvi hiperxolesterinemiya
  • Böyrəklərin polikistozu
  • Von Willebrand xəstəliyi
  • Osler–Weber–Rendu sindromu

Autosom-dominant yolla ötürülən xəstəliklərin mexanizmi




  1. Patoloji fiziologiya dərslik. S.C.Əliyev, M.X.Əliyev
  2. healtincode-Autosomal dominant inheritance

11 baxış, 0 bəyənmə 31-01-2025

Məhinbanu Kazımova

5-ci kurs
Tələbə

35 baxış, 0 bəyənmə
Qoşulma tarixi: 28-09-2024

Məhinbanu Kazımova