Child-Pugh Təsnifatı

Qaraciyər sirrozunun ağırlığını və xəstənin proqnozunu qiymətləndirmək üçün istifadə olunan klinik bir sistem

Child-Pugh qiymətləndirmə sistemi (həmçinin Child-Pugh-Turcotte skoru kimi tanınır) qaraciyər sirrozu olan xəstələrdə ölüm riskini proqnozlaşdırmaq üçün istifadə olunur. Bu sistem ilk dəfə 1964-cü ildə Child və Turcotte tərəfindən hazırlanmışdır. Bu sistem assitlərin dərəcəsinə, qanda bilirubin və albumin səviyyələrinə, protrombin vaxtına və ensefalopatiyanın dərəcəsinə əsaslanaraq xəstələri 3 qrupa bölür.

  • A – qaraciyər funksiyası yaxşı (5-6 bal)
  • B – qaraciyər funksiyası orta dərəcədə pozulmuş (7-9 bal)
  • C – qaraciyər funksiyası ciddi şəkildə pozulmuş (10-15 bal)



Child-Pugh təsnifatı portokaval şunt əməliyyatından sonrakı postoperativ ölüm riskinin proqnozlaşdırılması üçün təsdiqlənmiş bir göstəricidir və digər böyük cərrahi əməliyyatlarla əlaqəli ölüm riskini də qiymətləndirə bilir.


Qarın boşluğu əməliyyatlarından sonra:

 • Child sinif A xəstələrində ölüm nisbəti təxminən 10%,

 • Child sinif B xəstələrində 30%,

 • Child sinif C xəstələrində isə 70–80% təşkil edir.


Child sinif A xəstələri adətən planlı cərrahi əməliyyatlar üçün təhlükəsiz namizədlər hesab olunur.

Child sinif B xəstələri isə dərman müalicəsindən sonra stabilləşərsə əməliyyata alına bilər, lakin yenə də risk qrupundadırlar.

Child sinif C xəstələrində isə əməliyyat əks-göstərişdir.


Child-Pugh balı həmçinin ümumi ölüm riskini və qaraciyər funksiyasının pozulmasına bağlı digər ağırlaşmaların, məsələn varikoz qanaxmalarının, inkişaf riskini proqnozlaşdırmaqda da faydalıdır.

Xəstələrin bir və iki illik sağ qalma göstəriciləri təsnifata əsaaən belə proqnozlaşdırıla bilər:

 • Sinif A: 1 illik sağ qalma – 100%, 2 illik – 85%

 • Sinif B: 1 illik sağ qalma – 80%, 2 illik – 60%

 • Sinif C: 1 illik sağ qalma – 45%, 2 illik – 35%


  1. Tsoris, A., & Marlar, C. A. (2023). Use of the Child Pugh score in liver disease. StatPearls Publishing. https://www.ncbi.nlm.nih.gov/books/NBK542308/
  2. UpToDate. (n.d.). Child-Pugh classification. Retrieved from https://www.uptodate.com/contents/image?imageKey=GAST%2F78401

11 baxış, 2 bəyənmə 13-10-2025

Zeynəb Quliyeva

6-cı kurs
Tələbə

16 baxış, 3 bəyənmə
Qoşulma tarixi: 07-10-2025

- Zeynəb Quliyeva