Biologiya
Canlı orqanizmləri və onların həyat proseslərini öyrənən elm
Etimologiya
Yunanca βίος (bíos) "həyat" deməkdir.
Başqa dillərdə:biology (EN), biyoloji (TT), биология (RU), die Biologie (DE)
Tərif
Biologiya canlıların strukturunu, funksiyalarını, təkamülünü, genetikasını və ekologiyasını araşdırır. Canlılar arasındakı qarşılıqlı əlaqələr və onların ətraf mühitlə münasibətləri də biologiyanın əsas tədqiqat mövzularındandır.
Təsnifat
Biologiya müxtəlif alt sahələrə bölünür:
- Botanika: bitkiləri öyrənən elm.
- Zoologiya: heyvanları öyrənən elm.
- Mikrobiologiya: mikroorqanizmləri öyrənən elm.
- Virologiya: virusları öyrənən elm.
- Mikologiya: göbələkləri öyrənən elm.
- Genetika: İrsi xüsusiyyətləri öyrənən elm.
- Molekulyar Biologiya: canlıları molekulyar səviyyədə öyrənən elm.
- Biokimya: canlı orqanizmlərdə baş verən kimyəvi prosesləri və reaksiyaları öyrənən elm.
- Biofizika: canlı sistemlərdə fiziki prinsiplərin tətbiqini öyrənən elm.
- Sitologiya: hüceyrələri öyrənən elm.
- Histologiya: toxumaların quruluşunu və funksiyasını öyrənən elm.
- Təkamül biologiyası: növlərin mənşəyini, təkamül mexanizmləri, növlərin müxtəlifliyi və adaptasiya proseslərini tədqiq edən sahə.
- Fiziologiya: orqanizmlərin həyat funksiyalarını, onların bir-birilə və ətraf mühitlə qarşılıqlı təsirlərini araşdıran elm.
- Ekologiya: canlıların ətraf mühitlə qarşılıqlı əlaqələrini öyrənən elm.
- Urry, L. A., Cain, M. L., Wasserman, S. A., Minorsky, P. V., Reece, J. B., & Campbell, N. A. (2020). Campbell biology (12th ed.). Pearson.
6 baxış, 0 bəyənmə 13-10-2024