Biləyi bükən mil əzələ

Musculus flexor carpi radialis

Ümumi məlumat

Musculus flexor carpi radialis (FCR) — alt qolun səthi əzələləri qrupuna aiddir. Mil sümüyünə (radius) yaxın yerləşir. Digəri FCU olmaqla biləyi bükən iki əsas əzələdən biridir. 


Başlanğıc

  • Bazunun medial epikondilusu - epicondylus medialis humeri 

Bağlanma

  • 2-ci və 3-cü əldarağı sümüklərinin əsasları

İnnervasiya 

  • Orta sinir - N. medianus (C6–C7 kökləri)

Qan təminatı

  • Anterior və posterior qayıdan ulnar arteriya - A. ulnaris recurrens anterior et posterior
  • Radial arteriya

Funksiya

Əsas funksiyası biləyin bükülməsidir. Digər bir funksiyası isə radial abduksiyadır (biləyin baş barmaq tərəfə çəkilməsi)

Klinik əhəmiyyət

  • FCR vətəri biləkdə ən yaxşı görünən və əllənən vətərdir. Cərrahiyyədə oriyentir kimi istifadə olunur. Radial arteriya ondan lateral yerləşir. Radial nəbzin palpasiyasında və intensiv terapiyada arterial müdaxilə üçün yararlıdır.

4 baxış, 0 bəyənmə 03-06-2025

Dr. med. Toğrul Məmmədli

Plastik cərrahiyyə
Həkim-mütəxəssis

406 baxış, 12 bəyənmə
Qoşulma tarixi: 12-06-2024

000

St. Josefs-Krankenhaus Hagen

Dr. med. Toğrul Məmmədli