Biləyi bükən dirsək əzələ
Musculus flexor carpi ulnaris
Ümumi məlumat
Musculus flexor carpi ulnaris (FCU) – alt qolun səthi əzələləri qrupuna aiddir. Dirsək sümüyünə (ulna) yaxın yerləşir.
Başlanğıc
FCU ikibaşlı əzələdir:
- Caput humerale – bazunun medial epikondilusundan başlayır
- Caput ulnare – olecranon və margo posterior ulnae-dən başlayır
Bağlanma
- Os pisiforme
- Hamulus ossis hamati
- 5-ci əldarağı sümüyünün əsası
İnnervasiya
- Ulnar sinir (C7–T1 kökləri)
Qan təminatı
- Arxa dirsək qayıdan arteriya - A. ulnaris recurrens posterior (proksimal hissə)
- Ulnar arteriya (orta və distal hissə)
Funksiya
Əsas funksiyası biləyin bükülməsidir. Digər bir funksiyası isə ulnar abduksiyadır (biləyin çeçələ barmaq tərəfə hərəkəti).
Anatomik Münasibətlər
FCU vətəri biləkdən proksimal nahiyədə asanlıqla palpasiya edilir. Səthi əzələ vətərləri arasında ən medial yerləşəndir. Ulnar sinir və arteriya humeral və ulnar başların aponevrozu altında davam edir; biləkdə isə bu sinir və arteriya FCU vətərindən lateral yerləşir
Klinik əhəmiyyət
- FCU vətəri asanlıqla palpasiya edilir. Cərrahiyyədə ulnar sinir və arteriyanı tapmaqda rol oynayır.
- Kubital tunel sindromu ulnar sinirin sıxışdırılması nəticəsində meydana gələ bilən sinir kompressiya sindromlarına aiddir.
- https://www.kenhub.com/de/library/anatomie/musculus-flexor-carpi-ulnaris
4 baxış, 0 bəyənmə 04-06-2025