Artrit

Bir və daha çox oynağın iltihabi xəstəliyi

Etimologiya

Yunanca ἄρθρον ("arthron") oynaq deməkdir, "-itis" sonluğu isə "iltihab" bildirir.

Beləliklə, bu xəstəliklər qrupu oynaqlarda iltihabın aparıcı olan simptomlarla xarakterizə olunur. Artroz isə oynaqların degenerativ xəstəliyidir. Ancaq, ingilisdilli ədəbiyyatda "artroz" da "osteoarthritis" kimi tanınır deyə, müəyyən çaşğınlıq yarada bilər.

Başqa dillərdə: arthritis (EN), artrit (TT), артрит (RU), die Arthritis (DE)


Artrit, bir və ya daha çox oynaqda ağrı, şişmə və sərtliklə xarakterizə olunan bir xəstəliklər qrupudur. Onun bir çox növü mövcuddur və onlar müxtəlif səbəblərə və təsirlərə malikdirlər. 


Təsnifat

  • Gedişatına görə
    • Kəskin
    • Xroniki
  • Patoloji oynaqların sayına görə
    • Monoartrit
    • Oliqoartrit
    • Poliartrit
  • Oynağa görə
    • Koksit (bud-çanaq oynağı)
    • Qonartrit (diz oynağı)
    • Humeroskapular periartrit (Çiyin oynağı ətrafı)
    • Sakroiliit (Sakroiliakal oynaq)
  • Mənşəyinə görə
    • İnfeksiya
      • Septik (bakterial) artrit
        • Vərəm artriti
      • Viral artrit
      • Funqal artrit

      Kliniki olaraq növbəti patologiyalar ayırd edilir:

      • Revmatik xəstəliklər qrupu:
        • Revmatizmal artrit
        • Psoriaz artriti
        • Ankilozlaşdıran spondilit (Bexterev xəstəliyi)
        • Reaktiv artrit
        • Xroniki-iltihabi bağırsaq xəstəliklərində artrit, məsələn, Crohn xəstəliyində
        • Qurd eşənəyi
        • Sjögren sindromu
        • Sklerodermiya
        • Dermatomiozit/Polimiozit
        • Oynaqların iştirakı ilə sarkoidoz (məsələn, Heerfordt sindromu)
        • Oynaqların iştirakı ilə vaskulitlər (məsələn, Wegener xəstəliyi)
      • Kristal artropatiyaları
        • Podaqra
        • Psevdopodaqra
        • Pirofosfat artropatiyası (CPPD)
      • Xüsusi formalar
        • Aktivləşmiş artroz
        • Yuvenil idiopatik artrit
        • Hemofiliya zamanı artropatiya
        • Hemoxromatoz zamanı artropatiya
        • Multisentrik retikulohistiositoz (MCRH)
        • Amiloidoz zamanı amiloid artropatiya


      Diaqnoz

      Artritlərin diaqnostikası mürəkkəb və çoxpilləli bir prosesdir. Anamnez və kliniki müayinə nəticəsində güman edilən diaqnozdan asılı olaraq laborator göstəricilər, görüntüləmə (röntgen, KT, MRT, USM, sintiqrafiya) və bəzi hallarda sinovial mayeni müayinə etmək üçün oynaq punksiyası həyata keçirilir. Diaqnoz, düşünülən patologiyanın amillərinə və differensial diaqnostikaya əsasən qoyulur. 


      Müalicə

      Artritin müalicəsi səbəbindən asılıdır və onun aradan qaldırılmasına yönəlib. Bakterial artritlər oynağın immobilizasiyası, oynaq punksiyası, antibiotiklərin verilməsi ilə müalicə edilir. Kəskinlik və şiddətindən asılı olaraq, bəzən əməliyyata ehtiyac yaranır. Revmatik xəstəliklərdə isə əsasən autoimmun reaksiyanın farmakoloji modulasiyası ön plandadır. Synovial toxumanın iştirakı ilə müşaiət olan terapiyaya davamlı patologiyalarda nuklear şüa terapiyası növü olan radiosinoviortez əlavə müalicə imkanıdır.


      1. Mayo Klinikasının artitlərə həsr olunmuş rəsmi səhifəsi - https://www.mayoclinic.org/diseases-conditions/arthritis/symptoms-causes/syc-20350772
      2. Arthritis Foundation - https://www.arthritis.org


      42 baxış, 0 bəyənmə 07-07-2024

      Dr. med. Toğrul Məmmədli

      Plastik cərrahiyyə
      Həkim-mütəxəssis

      379 baxış, 12 bəyənmə
      Qoşulma tarixi: 12-06-2024

      000

      St. Josefs-Krankenhaus Hagen

      Dr. med. Toğrul Məmmədli