Skalpel
Cərrahi əməliyyatlarda istifadə edilən iti alət
Etimologiya
Qədim Misirdə, Romada və Yunanıstanda cərrahi alətlər olaraq müxtəlif formalarda bıçaqlar istifadə edilmişdir. Müasir dövrdə, steril və dəyişilən bıçaqların inkişafı cərrahiyyə praktikasında inqilab yaratdı.
"Skalpel" sözü Latınca scalpellum sözündən törəmişdir, bu da öz növbəsində scalpere (kəsmək) felindən yaranmışdır.
Sinonimlər: lanset, cərrahi bıçaq
Başqa dillərdə: scalpel (EN), neşter (TT), скальпель (RU), das Skalpell (DE)
Növ və Struktur
Skalpellər dəqiq və incə kəsmə tələb edən sahələrdə istifadə olunur: məsələn, cərrahiyyə, anatomiya, biologiya və sənət. Onların tək- və çoxistifadəlik tipləri var.
Skalpel, əsasən iki hissədən ibarətdir: dəstək və başlıq. Dəstək, bıçağı tutmaq üçün istifadə edilir və adətən plastik və ya metaldan olur. Başlıq isə kəsici hissəsidir. Bu, təkistifadəlik skalpellərdə adətən dəstəyə bitişik, sterilizasiya edilən dəstəklər üçün isə ayrıca steril paketdə olur. Bıçaqlar müxtəlif formalarda olur. Bunlar, bir-birindən nömrə ilə fərqlənir. Bu nömrələr şərtidir və rəqəmlər xüsusi bir rol oynamır.
Təcrübədə ən geniş istifadə olunan bıçaq növləri aşağıdakılardır:
Nömrə | Görünüş | İstifadə nümunəsi |
№10 | Ümumi kəsmə üçün. Əsasən dəri və əzələ kəsmək üçün uyğundur. | |
№11 | Dəqiq və kiçik kəsiklər üçün istifadə edilir. Əsasən punksiya və damar cərrahiyyəsində istifadə olunur. | |
№12 | Əyri formaya malikdir və əsasən ortopediya və stomatologiya sahələrində, eləcə də cərrahi tikişlərin çıxarılmasında istifadə olunur. | |
№15 | Kiçik və dəqiq kəsiklər üçün uyğundur. Plastik cərrahiyyə və dəri biopsiyalarında istifadə edilir. |
- Michael Sachs: Geschichte der operativen Chirurgie: Historische Entwicklung des chirurgischen Instrumentariums, Band 2 von Geschichte der operativen Chirurgie, Kaden, 2001, ISBN 978-3-922777-26-7
24 baxış, 2 bəyənmə 16-06-2024