Epidural hematoma
Beyinin sərt qişası ilə kəllə sümüyü arasında qanın yığılması
Etimologiya
- "Epidural hematoma" termini latın və yunan sözlərindən götürülüb:
- "Epi-" (yunanca "ἐπί") – "üstündə" və ya "yuxarıda" deməkdir.
- "Dura" (latınca "dura mater" – "sərt ana" deməkdir), beyini əhatə edən üç membrandan birinin adıdır.
- "Hematoma" (yunanca "αἷμα" – "haima" – qan və "oma" – şiş və ya yığılma) qan yığılması və ya şişməsi deməkdir.
- Beləliklə, "epidural hematoma" termini beyinin sərt qişasının üstündə olan qan yığılmasını ifadə edir.
Başqa dillərdə: Hematoma epidurale (L), Epidural hematoma (EN), Epidural hematom (TT), Эпидуральная гематома (RU), Epiduralhämatom(DE)
Etiologiya
Adətən, travmaya ikincili olaraq, kəllə sınığı zamanı sümüyün altında olan qan damarının yırtdığı zaman yaranır. Əksər epidural hematomalar orta meningeal arteriyanın (a. meningea media) bir şaxəsindən gələn arterial qanaxma və ya arterial yaralanma nəticəsində əmələ gəlir. EDH adətən gənclərdə görülür. Kişilərdə qadınlarla müqayisədə dörd dəfə daha çox rast gəlinir və 2 yaşdan aşağı və ya 60 yuxarı olan şəxslərdə nadir hallarda görülür.
Əlamətlər
"Dərslik" təqdimatında (< 10%-27% bu klassik təqdimata uyğun görülür):
İlkin təsirdən sonra qısa müddətli travmatik huşsuzluq → ardınca bir neçə saatlıq "aydınlıq intervalı" (lucid interval) → sonra, hematomadan kütləvi təsirin nəticəsi olaraq obundasiya (şüur və ayıqlıq səviyyəsinin azalması), kontralateral hemiparez (bədənin qarşı yuxarı və alt ətraflarında gücsüzlük), ipsilateral midriaz (qanaxma olan tərəf göz bəbəyinin genişlənməsi).
Aşağıdakı əlamətlər də görülə bilər:
- Qısa müddətli şüur itkisi: Travmadan dərhal sonra baş verir
- Şüurda kəskin pisləşmə: Beyin üzərində təzyiq artdıqca
- Baş ağrısı
- Qusma
- Qıcolmalar
- Bir tərəfli zəiflik (hemiparez)
İri həcmli, davamlı qanama ilə müşaiət olunan epidural hematomalar müalicə olunmazsa, bu vəziyyət artan qan təzyiq, nəfəs almaqda çətinlik, beyin funksiyasına qalıcı zərər və ölümlə nəticələnə bilər. Digər əlamətlərə baş ağrısı, qusma və tutma daxildir. Pisləşmə adətən bir neçə saat ərzində baş verir, çünki arterial qanaxma olduğundan beyini sıxan qan laxtası həcm olaraq sürətlə artır. Lakin bu proses bəzi hallarda günlər və nadir hallarda həftələr ərzində davam edə bilər. Uzun intervallar venoz qanaxma ilə əlaqəli ola bilər.
Diaqnoz
Beyin kompyuter tomoqrafiyası (KT) çəkimi vasitəsilə EDH diaqnozu qoyulur, bu çəkimlərdə yüksək sıxlıqlı bikonveks (mərcək şəkilli) forma kəllə sümüyü ilə bitişik olaraq görünür (Şəkil).
Maqnit rezonans tomoqrafiyası (MRT) çəkimində də EDH görülür, lakin KT travma xəstələrinin qiymətləndirilməsində daha sürətlidir, sınığın varlığı göstərməkdə daha informativdir və buna görə daha çox istifadə olunur.
Şəkil: KT-da sağ frontoparietal epidural hematoma
Müalicə
Epidural hematomanın müalicəsi şiddətinə və simptomlara görə dəyişir:
- Konservativ müalicə:
- Kiçik hematomlar: Beyinə təzyiq göstərməyən kiçik qanamalar izlənə bilər.
- Cərrahi müdaxilə:
- Kraniotomiya: Kəllə sümüyünün açılması və qan laxtasının çıxarılması.
- Burr dəlik drenajı: Kiçik dəliklər vasitəsilə qan laxtasının boşaldılması.
- Təzyiqin azaldılması: Beyin təzyiqini azaltmaq üçün medikamentoz terapiya.
Epidural hematoma sürətli diaqnoz və təcili müalicə tələb edən bir vəziyyətdir. Erkən müdaxilə ilə xəstənin tam sağalma şansı yüksəkdir, lakin gecikmiş hallarda ciddi nevroloji fəsadlar və ya ölüm riski artır.
- Mark S. Greenberg. Epidural hematoma. Handbook of Neurosurgery.
18 baxış, 1 bəyənmə 23-06-2024