Anatomiya

Orqanizmin orqanlarının, toxumalarının, hüceyrələrinin quruluşunu və formasını öyrənən elm.

Etimologiya

Yunanca „anatemno (ἀνατομή)“ sözündəndir, „yarıram" deməkdir.

20-ci əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə „təşrihül-bədən (تشریهول-بده‌ن)“ adlandırılmışdır.

başqa dillərdə: anatomy (EN), anatomi (TT), анатомия (RU), die Anatomie (DE)

Təsnifat

Anatómiya fənni makroskopik və mikroskopik anatomiya sahələrinə bölünə bilər. Axırıncısı, histologiya (toxumaların öyrənilməsi) və embriologiya (orqanizmin erkən mərhələsinin öyrənilməsi) fənləri ilə sıx bağlıdır.

Orqanizmə görə:

İnsan anatomiyası

Zootomiya - heyvanların anatomiyası

Fitotomiya - bitkilərin anatomiyası

  1. Gray, H. (2013). Gray’s Anatomy: With original illustrations by Henry Carter.
  2. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı, "Şərq-Qərb”,. 2006, 792 səh. ISBN10. 9952-34-024-9
  3. Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909


36 baxış, 0 bəyənmə 18-06-2024

Dr. med. Toğrul Məmmədli

Plastik cərrahiyyə
Həkim-mütəxəssis

362 baxış, 12 bəyənmə
Qoşulma tarixi: 12-06-2024

000

St. Josefs-Krankenhaus Hagen

Dr. med. Toğrul Məmmədli