İnsan anatomiyası
İnsanda orqanların, toxumaların, hüceyrələrin quruluşunu və formasını öyrənən elm.
Etimologiya
Yunanca „anatemno (ἀνατομή)“ sözündəndir, „yarıram" deməkdir.
20-ci əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə „təşrihül-bədən (تشریهول-بدهن)“ adlandırılmışdır.
başqa dillərdə: anatomy (EN), anatomi (TT), анатомия (RU), die Anatomie (DE)
Təsnifat
Anatómiya fənni makroskopik və mikroskopik anatomiya sahələrinə bölünə bilər. Axırıncısı, histologiya (toxumaların öyrənilməsi) və embriologiya (orqanizmin erkən mərhələsinin öyrənilməsi) fənləri ilə sıx bağlıdır.
İndiki anatomik terminologiya Beynəlxalq Anatomiya Assosiasiyaları Federasiyası (IFAA, International Federation of Associations of Anatomists) tərəfindən 1988-ci ildə hazırlanmış Terminologia Anatomica-ya əsaslanır. Bu sənəddə insan orqanizminin 7500-dən çox makroskopik strukturunun adı öz əksini tapıb.
İnsan anatomiyası, öyrənilməsini sadələşdirmək üçün növbəti hissələrə bölünür:
Regionlara görə
- Baş
- Boyun
- Gövdə
- Döş boşluğu
- Qarın boşluğu
- Çanaq
- Yuxarı ətraflar
- Yuxarı ətraf qurşağı
- Sərbəst yuxarı ətraf
- Bazu
- Said
- Əl darağı
- Aşağı ətraflar
- Aşağı ətraf qurşağı
- Sərbəst aşağı ətraf
- Bud
- Baldır
- Pəncə
- Ürək
- Ağciyərlər
- Mədə və Bağırsaqlar
- Qaraciyər
- Böyrəklər
Sistemlərə görə:
- Sinir sistemi
- Beyin, onurğa beyni və sinirlərdən ibarətdir, bədənin bütün funksiyalarını idarə edir.
- Skelet sistemi
- Bədənə dəstək verən və orqanları qoruyan sümüklərdən ibarətdir. İnsan skeleti 206 sümükdən ibarətdir.
- Əzələ sistemi
- Hərəkəti təmin edən əzələlərdən ibarətdir: skelet əzələləri, ürək əzələsi və saya əzələlər.
- Həzm sistemi
- Qidaların parçalanmasını və qidalı maddələrin sorulmasını təmin edir.
- Qan dövranı sistemi
- Ürək, arteriyalar, kapilyarlar və venalardan ibarət olub qanın bədəndə dövrünü təmin edir.
- Limfa sistemi
- Limfa düyün və damarlarından ibarətdir.
- Gray, H. (2013). Gray’s Anatomy: With original illustrations by Henry Carter.
- https://saglamusaq.az/site/article/637
14 baxış, 0 bəyənmə 18-06-2024